AZ

VASİTƏÇİLƏRİN CƏHDLƏRİ NƏTİCƏ VERMƏDİ Tehran geri çəkilmir

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ ilə İran arasında davam edən müharibənin dayandırılması istiqamətində diplomatik səylər hələlik nəticəsiz qalır. “The Wall Street Journal” nəşrinin yazdığına görə, vasitəçi rolunda çıxış edən Türkiyə, Misir və Pakistan hələlik tərəflər arasında razılıq əldə edə bilməyiblər.

Məlumata əsasən, Tehran Vaşinqtonun təklif etdiyi şərtlərlə razılaşmaqdan imtina edib və öz əsas tələblərindən geri çəkilməyə hazır olmadığını bildirib. Xüsusilə, İran ABŞ-nin atəşkəs müqabilində Hörmüz boğazının açılması ilə bağlı təklifini rədd edib.

Bununla yanaşı, rəsmi Tehran yaxın günlərdə İslamabad şəhərində ABŞ vasitəçiləri ilə birbaşa görüş keçirməkdən də imtina edib.

Mənbənin yazdığına görə, yaranmış vəziyyət fonunda Türkiyə və Misir alternativ danışıqlar platformaları təklif etməyə başlayıb. Variantlar arasında İstanbul və Doha şəhərləri nəzərdən keçirilir.

Eyni zamanda bildirilir ki, Türkiyə, Misir və Pakistanın xarici işlər nazirləri İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə telefon danışığı aparıblar. Lakin bu diplomatik təmaslar da konkret nəticə verməyib.

Hazırkı vəziyyət göstərir ki, tərəflər arasında mövqelər hələ də kəskin şəkildə ziddiyyətlidir və yaxın perspektivdə atəşkəs razılaşmasının əldə olunması çətin görünür.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
50
azpolitika.info

10Mənbələr