AZ

İran Hörmüzü açmasa, rejim məhv ediləcək Amerikalı senatordan xəbərdarlıq

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın İrana qarşı mövqeyi yenidən sərtləşir və bölgədə gərginliyin artacağı ilə bağlı siqnallar güclənir. Amerikalı senator Lindsi Qrem bildirib ki, prezident Donald Tramp İranın Hörmüz boğazını açmaması fonunda hərbi güc tətbiq edə bilər.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, Trampla apardığı telefon danışığından sonra bu qənaətə gəlib.

Qrem bildirib yazıb ki, əgər İran boğazı bloklamağa davam etsə və diplomatik həll yolundan boyun qaçırsa, o zaman ABŞ administrasiyası rejimə qarşı sarsıdıcı hərbi güc qərarı verəcək.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur və onun uzun müddət bağlı qalması qlobal bazarlara ciddi təsir göstərə bilər. Ekspertlər hesab edir ki, vəziyyətin bu həddə çatması regionda genişmiqyaslı qarşıdurma riskini artırır.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
50
globalinfo.az

10Mənbələr