RU

Salyanda iki aydır itkin düşən 85 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB

Salyanda yol kənarında meyiti tapılan şəxsin kimliyi müəyyən edilib.

APA-nın xəbərinə görə, meyiti tapılan şəxsin Salyan şəhər sakini 85 yaşlı Rafael Nəsirov olduğu müəyyən olunub.

Onun bu il yanvarın 31-də itkin düşdüyü bildirilir. Meyiti Kürqaraqaşlı kəndində yolun kənarında yerləşən kollektordan tapılıb.

Onun kollektora düşərək boğulduğu ehtimal edilir.

***

12.12

Salyanda yol kənarında naməlum kişi meyiti tapılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, meyit Salyan-Neftçala yolunun yaxınlığında aşkarlanıb.

Onun kimliyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Salyanda
Избранный
36
50
apa.az

10Источники