Salyanda yol kənarında meyiti tapılan şəxsin kimliyi müəyyən edilib.
APA-nın xəbərinə görə, meyiti tapılan şəxsin Salyan şəhər sakini 85 yaşlı Rafael Nəsirov olduğu müəyyən olunub.
Onun bu il yanvarın 31-də itkin düşdüyü bildirilir. Meyiti Kürqaraqaşlı kəndində yolun kənarında yerləşən kollektordan tapılıb.
Onun kollektora düşərək boğulduğu ehtimal edilir.
***
12.12
Salyanda yol kənarında naməlum kişi meyiti tapılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, meyit Salyan-Neftçala yolunun yaxınlığında aşkarlanıb.
Onun kimliyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.