AZ

İtkin düşən kişinin meyiti 60 gündən sonra tapıldı - FOTO

Salyanda itkin düşən kişinin meyiti 60 gündən sonra tapılıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Kürqaraqaşlı kəndində qeydə alınıb.
 

Salyan şəhər sakini, 1941-ci il təvəllüdlü Rəfael Nəsirov yanvarın 31-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun meyiti bu gün səhər saatlarında kənd ərazisindəki kanalda aşkarlanıb.


Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Məlumata görə, R.Nəsirov son vaxtlar yaşla əlaqədar anlamsız vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)


Bizim.Media

Seçilən
19
2
bizim.media

10Mənbələr