RU

İsrail İranın hərbi dəniz qərargahını vurdu

İsrail Müdafiə Ordusu gecə saatlarında İranın Dəniz Sənayesi Təşkilatının qərargahına hava zərbələri endirib.

NOCOMMENT.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətindən verilən məlumata görə, hədəf alınan bu qərargah suüstü və sualtı gəmilərin, həmçinin idarə olunan və pilotsuz dəniz vasitələrinin, müxtəlif mühərriklərin və silah sistemlərinin tədqiqatı, layihələndirilməsi və istehsalı ilə məşğul olur.

Əməliyyat çərçivəsində eyni zamanda silah istehsalı müəssisələrinə və hava hücumundan müdafiə sistemlərinə də zərbələr endirilib.

Rəsmi məlumatda qeyd olunur ki, bu addımlar İsrail Hərbi Hava Qüvvələrinin İranın hava məkanında üstünlüyünü qorumaq məqsədi daşıyır

Sara, 

NOCOMMENT.az

Избранный
58
50
nocomment.az

10Источники