AZ

İsrail son iki gündə İranda 40-dan çox silah istehsalı obyektini vurduğunu açıqlayıb

İsrail Müdafiə Qüvvələri (IDF) ABŞ ilə birlikdə həyata keçirdiyi əməliyyatlar çərçivəsində İran ərazisində son iki gün ərzində 40-dan çox silah istehsalı obyektini hədəf aldığını açıqlayıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, ordudan verilən məlumata görə, İrana qarşı hava hücumları intensiv şəkildə davam etdirilir və bu əməliyyatlar ABŞ ilə koordinasiyalı şəkildə həyata keçirilir.

Açıqlamaya əsasən, ötən gecə İranın paytaxtı Tehran şəhərinə təşkil edilən hava zərbələri zamanı müxtəlif silah istehsalı obyektlərinə 80-dən çox bombanın atıldığı irəli sürülüb.

Məlumata görə, hücumlar zamanı uzun mənzilli zenit raketlərinin yığılması zavodu, tank əleyhinə və hava hücumundan müdafiə raketlərinin komponentlərinin istehsal edildiyi müəssisələr, eləcə də ballistik raket mühərriklərinin istehsal olunduğu kompleks hədəf alınıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr