AZ

İranda silah istehsalı zavodları vuruldu

ain.az bildirir, Bakupost portalına istinadən.

İsrail Hərbi Hava Qüvvələri İranda bir neçə silah istehsalı zavodunu bombalayıb.

Bakupost.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təxminən 50 qırıcı təyyarə ilə İranda üç bölgəyə zərbələr endirilib.

Hədəflər arasında silah istehsalı üçün istifadə olunan obyekt, İran Müdafiə Nazirliyinə məxsus və İranın nəzarətində olan qruplar, o cümlədən Hamas və Hezbollah üçün müasir partlayıcı qurğuların hazırlanmasında istifadə edilən obyekt, ballistik raketlər və zenit-raket kompleksləri üçün komponentlərin istehsal olunduğu müəssisə yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
2
www.bakupost.az

3Mənbələr