RU

ABŞ kəşfiyyatından şok açıqlama: İranın raket gücü gözləniləndən...

ABŞ kəşfiyyat orqanlarının son qiymətləndirmələri İranın hərbi potensialı ilə bağlı ciddi suallar doğurub.

Musavat.com xəbər verir ki, Reuters agentliyinə danışan beş mənbənin sözlərinə görə, İranın raket arsenalının yalnız kiçik hissəsinin məhv edildiyi dəqiq təsdiqlənə bilib.

Mənbələr bildirir ki, İranın raket ehtiyatının cəmi üçdə birinin sıradan çıxarıldığı sübut olunub. Qalan silahların böyük hissəsi yeraltı tunellərdə gizlədilib, bir qismi isə zədələnmiş və ya əlçatmaz vəziyyətdədir. Bununla belə, onların tam məhv edildiyini demək mümkün deyil.

Eyni mənzərə pilotsuz uçuş aparatları – İHA parkı üçün də keçərlidir. Məlumata görə, bu sahədə yalnız təxminən 30 faizlik itki təsdiqlənir, qalan potensial isə hələ də aktiv və ya qeyri-müəyyən statusdadır.

Bu qiymətləndirmə ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən “İranın çox az raketi qalıb” fikri ilə ziddiyyət təşkil edir.

Digər tərəfdən, ABŞ Müharibə Nazirliyi – Pentaqon hücumların intensivliyinin 90 faiz azaldığını iddia edir. Lakin ümumi hərbi potensialın nə qədər zəiflədiyi ilə bağlı dəqiq və vahid rəqəmlər hələ də açıqlanmır.

Beləliklə, ortaya çıxan ziddiyyətli məlumatlar İranın real hərbi gücünün hələ də tam qiymətləndirilmədiyini göstərir.

Musavat.com

Избранный
46
50
musavat.com

10Источники