AZ

TƏCİLİ! ABŞ qoşunları İran yolunda - Nə baş verir? ( VİDEO)

Müharibə elə mürəkkəb bir prosesdir ki, orada bütün amilləri öncədən tam dəqiqliyi ilə proqnozlaşdırmaq qeyri-mümkündür.

Məsələn, ABŞ-ın İran rəhbərliyini hədəf almaqla ölkədə kütləvi iğtişaşların və inqilabın başlayacağına dair gözləntiləri özünü doğrultmadı. Bunun əsas səbəbi həm güc strukturlarının vəziyyətə tam nəzarət etməsi, həm də daxildəki proseslərin artıq hakimiyyətə qarşı deyil, bütövlükdə İrana qarşı müharibə kimi qəbul edilməsidir. Görünən odur ki, Vaşinqton rəsmi Tehranın daxili müqavimət potensialını və cəmiyyətdəki dəstək qüvvələrini tam düzgün qiymətləndirə bilməyib.

Musavat.com xəbər verir ki, bu sözləri TV Musavat-ın canlı efirində siyasi tənqidçi Çingiz Məmmədov deyib.

Onun sözlərinə görə, regiondakı geosiyasi mənzərə, xüsusilə kürd separatçıları ilə bağlı məsələ olduqca dərindir və sadə müşahidələrlə deyil, ciddi təhlillərlə qiymətləndirilməlidir. Tənqidçi bildirib ki, ABŞ-ın kürd separatçılarına verdiyi açıq dəstək, hətta prezident səviyyəsində qurulan birbaşa təmaslar bu amilin güclü bir silah kimi istifadə edildiyini göstərir. Lakin burada Türkiyə və Azərbaycanın qətiyyətli mövqeyi mühüm rol oynayır. Ç.Məmmədov qeyd edib ki, Türkiyə bu məsələdə ABŞ-a ciddi xəbərdarlıqlar ünvanlayıb və Pakistan da bu mövqedə Ankara ilə həmrəydir.

Tənqidçi həmçinin vurğulayıb ki, Yaxın Şərqdəki mövcud dövlətlərin tarixi kökləri fərqlidir və bu, proseslərin gedişatına birbaşa təsir edir.

Onun sözlərinə görə, İran oturuşmuş bir dövlətçilik ənənəsinə sahib olsa da, bir çox ərəb ölkələri Birinci Dünya Müharibəsindən sonra süni şəkildə formalaşdırılıb. Belə bir mürəkkəb şəraitdə ABŞ mümkün qədər az itki ilə prosesdən çıxmağa çalışır ki, bu da hazırkı məqamda tərəflər üçün müəyyən mənada çıxış yolu hesab oluna bilər.

Ətraflı videoda:

Musavat.com 

 

Seçilən
11
50
musavat.com

10Mənbələr