AZ

"İranın raket gücü oyunu" dəyişdi – İsrailli diplomatdan şok etiraf

Yaxın Şərqdə artan gərginlik fonunda diqqətçəkən açıqlama səslənib.

Musavat.com xəbər verir ki, israilli diplomat Arkadiy Milman Donald Tramp administrasiyasının İranın hərbi potensialını, xüsusilə raket imkanlarını ciddi şəkildə yanlış qiymətləndirdiyini bildirib.

Diplomatın sözlərinə görə, Vaşinqton İranın sürətli şəkildə geri çəkiləcəyini və ya kapitulyasiya edəcəyini düşünürdü. Lakin Tehran bu gözləntiləri alt-üst edərək regionda güclü hərbi aktor olduğunu nümayiş etdirdi.

Milman vurğulayıb ki, İran özünü regional güc kimi görür və geniş ballistik raket arsenalına malikdir. Bu imkanlar yalnız nəzəri deyil – onlar ABŞ-nin Fars körfəzi və İraqdakı hərbi mövcudluğunu, eləcə də müttəfiqlərini real təhlükə altına qoya bilər.

Onun fikrincə, məhz bu güc balansı Vaşinqtonun ilkin planlarını pozub və vəziyyəti kökündən dəyişib. ABŞ tərəfi gözlənilməz müqavimətlə üzləşərək strategiyasını yenidən nəzərdən keçirməyə məcbur qalıb.

Diplomat əlavə edib ki, bu fonda Donald Tramp administrasiyası İranla danışıqlar variantına daha çox meyil göstərməyə başlayıb. Lakin bu yanaşma İsrailin maraqları ilə ziddiyyət təşkil edə bilər, çünki Təl-Əviv İranın hərbi proqramlarının tamamilə sıradan çıxarılmasını əsas hədəf kimi görür.

Musavat.com

Seçilən
15
2
musavat.com

10Mənbələr