ABŞ dövlət katibi Marko Rubio İranla bağlı mümkün hərbi əməliyyatın müddəti ilə bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, Rubio bildirib ki, bu əməliyyat aylarla deyil, cəmi bir neçə həftə ərzində başa çata bilər. Onun sözlərinə görə, Vaşinqtonun strategiyası uzunmüddətli müharibə deyil, konkret hədəflərə yönəlmiş sürətli və effektiv zərbələrdən ibarətdir.
ABŞ rəsmisi əlavə edib ki, planlaşdırılan addımlar regionda vəziyyətin daha da uzanmasının qarşısını almağa hesablanıb. Bununla belə, Yaxın Şərqdə davam edən gərginlik fonunda mümkün eskalasiya riskləri də hələlik qalmaqdadır.
Musavat.com