RU

Ermənilər müharibə ilə sülh arasında seçim edəcəklər

Newscenter.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Bu ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkiləri əslində siyasi qüvvələr deyil, müharibə ilə sülh tərəfdarları arasında gedən mübarizə olacaq. Erməni xalqı da öz növbəsində müharibə ilə sülh arasında seçim edəcək”.Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyası seçkilərin favoriti hesab edilsə də, lakin səsvermə gününə qədər proseslər dəyişə bilər:“Düzdür, Ermənistanda keçirilən rəy sorğularının nəticələrinə görə, Paşinyanın partiyası müxalif qüvvələrdən xeyli irəlidədir. Digər tərəfdən baş nazirə alternativ olan Rusiyameyilli namizədlər fərqli seçki bloklarından mübarizəyə qoşulublar və bu da müxalifətin səslərinin parçalanmasına gətirib çıxara bilər. Ancaq qeyd etdiyim kimi proseslər dəyişə də bilər”.Arzuman Muradlı diqqətə çatdırıb ki, Rusiya Ermənistanda keçiriləcək seçkilərdə uğur qazanmaq üçün son anda sabiq prezident Robert Köçəryana digər Rusiyameyilli namizəd Karapetyan ətrafında birləşmək barədə sifariş verə bilər:“Belə olan halda Paşinyanın seçkilərdə qələbə qazanmaq şansı azalacaq və revanşistlər, daha dəqiq desək Rusiyanın dəstk verdiyi müharibə tərəfdarları hakimiyyətə gələ bilər ki, bu da nəticə etibarilə təkcə Ermənistan deyil, həm də Azərbaycan, ümumilikdə region üçün arzuedilməz ola bilər”.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
33
newscenter.az

10Источники