AZ

Putin Paşinyanı günahlandırdı, Köçəryan hərəkətə keçdi Yeni müharibə anonsu

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının seçkilərdə üstünlük qazanmayacağı təqdirdə, ölkənin “dağıdıcı müharibə” riski ilə üzləşə biləcəyini söyləyib.

Xarici işlər naziri Ararat Mirzoyan isə qeyd edib ki, bu risk seçkilərdən sonra mümkün eskalasiya ilə bağlıdır və bəzi müxalif qüvvələrin mövqeyi gərginliyi artıra bilər.

Mirzoyanın sözlərinə görə, Ermənistan sülhü prioritet hesab edir, Avropa İttifaqından yeni hərbi yardım istənilib və Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində dialoq davam edir.

Paşinyanın partiyası qalib gəlməsə, yeni müharibə olacaq?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov bildirib ki, Paşinyanın seçki öncəsi narahatlıq keçirməsi təbiidir:

“O, Ermənistanda 2018-ci ildə hakimiyyətə gəldikdən sonra ilkin mərhələdə fərqli mövqe tutsa da, İkinci Qarabağ müharibəsindən sonra kilsə daxilində, orduda və siyasi sistemdə mövcud olan rəqiblərinə qarşı faktiki səfərbərlik həyata keçirdi. Onun revanşist qüvvələrə qarşı sərgilədiyi mövqenin ciddi əsasları var idi. Bu qüvvələr açıq şəkildə Ermənistanı uçuruma aparırdı.

Revanşistlərə kilsə və ordu daxilində bir sıra yüksək rütbəli şəxslər dəstək verirdi. Hətta demək olar ki, bu gün də Ermənistan ordusunda revanşist mövqeyə sadiq qalan şəxslər mövcuddur.

Hazırda Ermənistanda seçkiqabağı dövrdür və çox az vaxt qalıb. Həm iqtidar, həm də müxalifət düşərgəsində ciddi hazırlıq gedir. Məlumdur ki, revanşist mövqeyi ilə seçilən keçmiş prezident Robert Köçəryan da partiyasının adından seçkilərdə namizədliyini irəli sürüb. Onun və Serj Sərkisyanın Ermənistanda nüfuzu olduqca aşağı səviyyədədir. Məhz buna görə də Sərkisyan namizəd kimi irəli sürülmür və müxalifət bütün resurslarını bir namizəd üzərində cəmləşdirməyə çalışır.

Xəyal Bəşirov

Nikol Paşinyanın rəqiblərini tam şəkildə siyasi səhnədən kənarlaşdıra bilməməsi onu narahat edir. Lakin əsas narahatlıq Rusiyadan qaynaqlanır. Çünki Rusiya Prezidenti Vladimir Putin Paşinyana qarşı mövqedədir. Hazırda Cənubi Qafqazda Rusiyanın maraqlarına zidd gedən proseslərin əsas səbəbkarı kimi Paşinyanı görür. Bu da Ermənistan hakimiyyətini ciddi şəkildə narahat edir.

Əgər revanşist müxalifət hakimiyyətə gələrsə, bu, danışıqlar prosesinə mənfi təsir göstərəcək. Çünki mövcud danışıqlar prosesi olduqca həssas və kövrəkdir. Bunu Paşinyan da yaxşı anlayır və ona görə seçkilərə maksimum səviyyədə hazırlaşmağa çalışır”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
33
globalinfo.az

10Mənbələr