AZ

Azərbaycanla müharibə? Sərkisyanın cavabı və reallıq

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Baş nazir Nikol Paşinyanın parlament seçkilərində müxalifətin qalib gələcəyi təqdirdə sentyabr ayında Azərbaycanla yeni müharibə riski ilə bağlı səsləndirdiyi fikrə sərt reaksiya verib. Sərkisyan jurnalistlərə açıqlamasında Paşinyanın iddialarının əsassız olduğunu bildirib. Yəni Sərkisyan demək istəyib ki, o, hakimiyyətə gələrsə, Azərbaycanla müharibəyə başlamayacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan şahinoğlu bildirib.

“1998-ci ildə beynəlxalq təşkilatların xətti ilə İrəvanda olarkən o zaman daxili işlər və milli təhlükəsizlik naziri olan Serj Sərkisyanla görüşdə onun işğal altındakı ərazilərin azad olunması məqsədilə vasitəçilərin hazırladıqları “mərhələli həll planına” münasibətini öyrənmişdim. Bu gün Azərbaycanla müharibə ehtimalını inkar edən Sərkisyan 28 il əvvəl keçmiş Dağlıq Qarabağın ətraf ərazilərini boşaltmayacaqlarını qətiyyətlə söyləmişdi. O, prezident olduğu illərdə bu siyasətinə sadiq qaldı, hətta Belarus Prezidenti Aleksandr Lukaşenkonun Kollektiv Təhükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçirilən sammitində “Serj, boş olan 5 rayonu Azərbaycana qaytar” təklifinə “əgər mən həmin rayonları qaytarsam, Azərbaycan yolları kəsəcək və Qarabağı “işğal” edəcək” demişdi.

Sərkisyanı baş nazir kreslosunda əvəz edən Paşinyan da eyni yolla getmək istədi. Müharibə reallıqları dəyişdi. Hazırda Paşinyan ağıllansa da, Sərkisyanın və keçmiş dostu Robert Köçəryanın ağıllandığını söyləmək çətindir. Bu ikili Qarabağ barədə açıqlama verməkdən çəkinsələr də, Azərbaycanla sülh quruculuğunu necə davam etdirəcəklərini bilmirlər”, - politoloq vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
2
axar.az

10Mənbələr