RU

Sumqayıtdakı partlayışda tüstüdən zəhərlənən 11 nəfərin vəziyyəti açıqlandı

Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində bayram tonqalı yandırılarkən baş verən güclü partlayışda doqquzu uşaq olmaqla, 11 nəfər tüstüdən zəhərlənib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Sumqayıt Tibb Mərkəzi birgə məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadaları tərəfindən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına, 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə tüstüdən zəhərlənmə səbəbilə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

Daha əvvəl Fövqəladə Hallar Nazirliyi 10 nəfərin xəsarət alması ilə bağlı məlumat yaymışdı.

Избранный
58
11
konkret.az

10Источники