Martın 21-də saat 21:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində bayram tonqalında baş verən güclü partlayışla bağlı çağırış daxil olub.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadaları tərəfindən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına hospitalizasiya edilib.
Bununla yanaşı, 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Zərərçəkənlərin hər birinə tüstüdən zəhərlənmə səbəbilə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş olan 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, onların vəziyyətləri stabil qiymətləndirilir.
Milli.Az