RU

İran müharibədə görünməmiş addım atdı Pərdəarxası detallar üzə çıxdı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“İran Britaniya-Amerika hərbi bazasının yerləşdiyi Hind okeanındakı Dieqo Qarsiya adasına iki orta mənzilli ballistik raket atıb. Bu, ağır bombardmançı təyyarələrin yerləşdirildiyi Hind okeanındakı ən böyük ABŞ bazasıdır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Hakob Badalyan deyib.

“Dieqo Qarsiya İrandan olduqca uzaqda – təxminən 3,8 min km məsafədə yerləşir. Əslində, Tehran adaya çatan raketlərdən istifadə edib ki, bu da İranın Yaxın Şərqdəki Amerika hədəflərindən daha çoxuna çıxışı olduğunu göstərir.

Əlbəttə ki, atılan raketlər heç nəyə dəymədi: biri okeana düşdü, digəri isə Amerika esminesi tərəfindən ələ keçirildi. Lakin zərbənin əsas məqsədi, görünür, belə uzun məsafəyə zərbə endirmək qabiliyyətinə malik olduğunu nümayiş etdirmək idi. Bu mənada, İran əslində bu müharibədə ilk dəfə orta mənzilli ballistik raketdən istifadə edərək görünməmiş bir addım atdı”, – deyə o bildirib.

Badalyan qeyd edib ki, Diao Qarsiyadakı baza Britaniyaya məxsus olsa da, orada ən böyük mövcudluq Amerikaya məxsusdur:

“İranla müharibədən əvvəl Londonun ABŞ-ın bu hərbi bazadan istifadə etməsinə icazə verməkdən imtina etdiyi barədə məlumatlar var idi. Prezident Donald Tramp həmçinin bildirib ki, buna görə Britaniyanın Baş naziri Kir Starmerdən məyus olub. Eyni zamanda, müharibədən çox əvvəl Britaniya adanı Mavrikiyə (Afrikaya aid olan ada dövləti) qaytarmaq qərarına gəlib və bu da Trampın narazılığına səbəb olub. Əlbəttə ki, geri qaytarılma şərti bazanın qalması idi”.

Siyasi şərhçi xatırladıb ki, martın 20-də İran və Böyük Britaniya xarici işlər naziri arasında telefon danışığı barədə məlumat yayılıb:

“Abbas Əraqçi həmkarına deyib ki, əgər Böyük Britaniya ABŞ-a İrana zərbə endirməyə kömək edərsə, İran Britaniya obyektlərini qanuni hədəf hesab edəcək”.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
39
21
globalinfo.az

10Источники