AZ

İran raketləri Londonu vura bilər: Avropa HƏYƏCAN İÇİNDƏ

İranın 4 min kilometri aşan raket mənzilini nümayiş etdirməsi Qərb dünyasında böyük panika yaradıb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, Londonun da hədəf diapazonuna daxil ola biləcəyini göstərən bu addım, müharibənin təkcə Yaxın Şərqlə məhdudlaşmayaraq Avropaya sıçraya biləcəyi qorxusunu artırıb.

Məlumatda bildirilir ki, İranın Hind okeanındakı ABŞ-Böyük Britaniya müştərək hərbi bazası olan "Dieqo Qarsiya"ya (Diego Garcia) qarşı raket cəhdi münaqişənin seyrində kritik qırılma nöqtəsi hesab olunur.

Bu gedişat Tehranın hərbi potensialının indiyədək təxmin edilən sərhədlərdən qat-qat geniş olduğunu ortaya qoyub.

CROSSMEDIA

Ekspertlərin fikrincə, İranın təxminən 4 min kilometr uzaqlıqdakı strateji bazanı hədəf alması ölkənin ballistik raket imkanlarının bilinəndən çox daha yüksək olduğunu sübut edir.

Əvvəllər İranın raket mənzilinin maksimum 2 min kilometr olduğu qəbul edilirdi. Yeni vəziyyət isə bu rəqəmin ikiqat artdığını göstərir.

Bu yeni hərbi tablo təkcə region ölkələrini deyil, birbaşa Avropa və ABŞ-ni narahat edir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu mənzilli raketlər əks istiqamətə yönləndirilərsə, London belə hədəfə çevrilə bilər. Digər tərəfdən, İranın kosmik proqramı çərçivəsində keçirdiyi sınaqların qitələrarası ballistik raket (ICBM) texnologiyasına zəmin hazırladığı və nəzəri olaraq ABŞ ərazisinin də mənzil daxilinə girə biləcəyi vurğulanır.

Avrupa

Qeyd edək ki, münaqişənin şiddətlənməsi fevralın 28-də İsrail və ABŞ-nin İrana qarşı başlatdığı hərbi əməliyyatlarla yeni mərhələyə qədəm qoyub. İran tərəfi bu hücumlara İsraillə yanaşı, ABŞ bazalarının yerləşdiyi Qətər, BƏƏ və Bəhreyn kimi ölkələrdəki hədəfləri vurmaqla cavab verib.

ABŞ və İsrailin birgə zərbələri nəticəsində İranın ali rəhbəri Əli Xamenei daxil olmaqla, bir çox yüksək rütbəli rəsmi şəxs həlak olub. İran rəsmilərinin son açıqlamasına görə, hücumlar nəticəsində ölənlərin sayı 1348-i, yaralıların sayı isə 17 mini keçib.

Musavat.com

Seçilən
10
21
musavat.com

10Mənbələr