İsrail Müdafiə Ordusunun (IDF) yaydığı yeni qrafik İranın ballistik raket arsenalının təsir radiusunun xeyli genişləndiyini ortaya qoyur.
Musavat.com xəbər verir ki, Hind okeanında yerləşən ABŞ və Böyük Britaniyaya məxsus Diego-Qarsiya hərbi bazasına qarşı həyata keçirilən son hücum cəhdi bu müzakirələri daha da aktuallaşdırıb.
Bildirilir ki, İran iki orta mənzilli ballistik raketdən istifadə etməklə uzaq məsafələrə zərbə imkanlarını nümayiş etdirib.
Yayılan xəritədə göstərilən “qırmızı dairə”yə əsasən, artıq Avropanın böyük hissəsi – o cümlədən Böyük Britaniyanın bəzi bölgələri də potensial hədəf zonasına daxil edilir. Bu isə Tehranın hərbi imkanlarının əvvəlki qiymətləndirmələrdən daha geniş ola biləcəyinə dair iddiaları gücləndirir.
Musavat.com