RU

Xaçmazda maşın piyadanı vuraraq öldürüb

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
BUTA.TV xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çinartala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolu keçən Almazov Tofiq Hacıbala oğlunu hərəkətdə olan "VAZ-2107" markalı minlik avtomobili vurub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
87
50
buta.tv

10Источники