AZ

Neftçalada avtomobil qadını vuraraq öldürdü

Neftçala rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala yolunun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, minik avtomobili yolu keçən qadını vurub.

Zərərçəkən Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
37
5
yenisabah.az

7Mənbələr