AZ

Avtomobil qadını vuraraq öldürdü

Neftçala rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, hadisə Salyan–Neftçala yolunun Qarabucaq kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, minik avtomobili yolu keçən qadını vurub.

Zərərçəkən Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
57
5
moderator.az

7Mənbələr