RU

Qəzzada ölənlərin sayı 72 247 nəfərə çatıb

İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 247 nəfərə çatıb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, Qəzzadakı Səhiyyə Nazirliyi bu barədə məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində 8 ölü və 17 yaralı xəstəxanalara çatdırılıb.

10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrailin hücumları nəticəsində 671 nəfər həlak olub, 1779 nəfər yaralanıb və dağıntılar altından 756 cəsəd çıxarılıb.

Əlavə olaraq, İsrailin 2023-cü ilin oktyabr ayından bəri Qəzzaya hücumları nəticəsində ölənlərin ümumi sayının 72.247-yə çatdığı, 171.878 nəfərin isə yaralandığı bildirilib. Hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı güman edilir.

İlahə Qənbərli

Missiya.Az

Избранный
46
2
missiya.az

10Источники