RU

İran İsrailə cavab zərbəsi endirəcək?

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün İsrail Hərbi Hava Qüvvələri İrana qarşı hücum əməliyyatlarına başlayıb.

Belə ki, İranın Tehran, Təbriz, İsfahan və digər şəhərlərində dövlət binalarına və hərbi obyektlərə raket zərbələri endirilib.

İsrail müdafiə nazir İsrael Katz yerli mətbuata açıqlamasında deyib ki, İsrail dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qarşı qabaqlayıcı zərbə endirmək qərarına gəlib.

O bildirib ki, yaxın gələcəkdə İsrail dövlətinə və onun mülki əhalisinə qarşı raket və pilotsuz təyyarə hücumu gözlənilir.

Buna görə də, İsrael Katz İsrail dövlətinin bütün ərazisində cəbhədə xüsusi fövqəladə vəziyyət tətbiq ediləcək xüsusi bir əmr imzalayıb.

Maraqlıdır, İsrailin növbəti dəfə İrana raket zərbələri endirməkdə məqsədi nədir? İsrailin hücum qərarının arxasında ABŞ dayana bilər? İran bu hücuma cavab olaraq, İsrailə əks zərbələr endirəcək? 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, burada əsas məqsəd İranı mühairbəyə çəkməkdir:

“Uzun müddət iddia olunurdu ki, ABŞ-nin İrana hərbi müdaxiləsi gözlənilir. Hazırda ABŞ Fars körfəzində böyük hərbi kontingent yerləşdirib və İrana zərbələr endirmək üçün körfəzdəki hərbi dəniz qüvvələri, eləcə də Yaxın Şərqdəki ABŞ hərbi bazaları hazır vəziyyətə gətirilib.

Lakin Ağ Evdə belə qərara gəliblər ki, ilk addım ABŞ tərəfindən deyil, birbaşa İsrail tərəfindən atılsın. Yəni ilk olaraq İsraili qabağa veriblər. İranın İsrailə əks-cavab zərbələri endirəcəyi təqdirdə ABŞ hərəkətə keçəcək.

Növbəti mərhələdə ABŞ-nin Tehranın İsrailin ərazisinə hücumunu bəhanə edərək İrana qarşı hərbi əməliyyatlar həyata keçərəcəyi istisna deyil. Burada digər əsas məqsəd budur ki, Vaşinqton müharibəyə başlayan tərəf kimi, xüsusilə də müsəlman coğrafiyasında və qlobal məkanda savaş tərəfdarı görsənmək istəmir. Ona görə də İrana qarşı hücum əməliyyatlarında ilkin olaraq İsrailin önə çəkilməsinə üstünlük verilib”. 

E.Xalidbəyli vurğulayıb ki, İranın İsrailə cavab zərbələri endirib-endirməyəcəyi Tehranda veriləcək qərardan asılıdır:

“Böyük ehtimalla, İran hakimiyyəti öncə İsrailin hücumlarının arxasında dayanan gizli planı və ssnerani müəyyənləşdirməyə çalışacaq. İranın dərhal İsrailə cavab zərbələri endirməsi inandırıcı görünmür.

Tehran ilk növbədə ABŞ-nin hücumlarına tab gətirib-gətirməyəcəyini düşünəcək. Tehran görsə ki, o, ABŞ-nin hücumlarına tab gətirmək imkanlarına malikdir, İsrailə cavab zərbələri endirəcək. 

Əgər görsələr ki, ABŞ-nin hücumlarına tab gətirmək iqtidarında deyillər, onda yalnız siyasi bəyanatlar vermək və beynəlxalq ictimaiyyətə çağırışlar etməklə kifayətlənəcəklər”. 

Yunis Abdullayev 

“Cebheinfo.az”

Açar sözlər:

İran İsrail Elçin Xalidbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
81
50
cebheinfo.az

10Источники