İrana qarşı hücumlar davam edərkən ABŞ ordusunun bəzi vacib raket ehtiyatlarında çatışmazlıq yaşadığı iddia edilir. Metbuat.az xəbər verir ki, CNN yüksək vəzifəli ABŞ rəsmisinə istinadən belə məlumat yayıb. Məlumata görə, xüsusən də “Tomahawk” quru hücum raketləri və “Standard Missile-3” raketlərində azalma yaşandığı iddia edilir. İlk hücum dalğasının İranın müdafiə qabiliyyətini zəiflətməkdə uğurlu olduğunu iddia edən rəsmi, növbəti dəfə İranın raket istehsal müəssisələrini, pilotsuz uçuş aparatlarını hədəfə alınacağını irəli sürüb. Rəsmi həmçinin iddia edib ki, İrana yönəlmiş hücumlar daha da artacaq.