İran Müdafiə Nazirliyi ABŞ və İsrailə yönəlik kəskin bəyanat yayıb.
Musavat.com xəbər verir ki, rəsmi açıqlamada yaxın günlərdə ABŞ və İsrailin hərbi əməliyyatı dayandırmağa məcbur olacağı bildirilib.
Nazirliyin bəyanatında vurğulanıb ki, əgər İranın “əsas mərkəzləri” hücuma məruz qalarsa, Tehran Yaxın Şərqin “bütün iqtisadi mərkəzlərinə” zərbələrlə cavab verəcək.
Musavat.com