RU

Davit Volkov “Zirə”də “100”ə çatdı – ARENA.AZ

Futbol üzrə Azəraycan Premyer Liqasının 21-ci turunun “Turan Tovuz”la səfər oyunu Davit Volkov üçün yubiley xarakteri daşıyıb.

Arena.az xəbər verir ki, o, “Zirə”nin heyətində 100-cü çempionat matçını keçirib.

Gürcüstanlı hücumçu bu qarşılaşmalarda 36 qol vurub. Davit Premyer Liqada “Zirə” forması ilə ilk oyununu 2020-ci il fevralın 1-də “Sabah”a qarşı (2:0) keçirib.

Xatırladaq ki, 2022-ci ilin yayında məhz “Zirə”dən “Sabah”a keçmiş Davit Volkov 2024-cü ildə yenidən qəsəbə təmsilçisinin düşərgəsinə qayıdıb. 30 yaşlı futbolçunun “Zirə” ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi mövcuddur.

“Zirə” tarixinin ən çox qol vuran futbolçusu olan Volkov 2020-2022-ci illər aralığında da bu komandanın şərəfini qoruyub. O, “qartallar”ın heyətində bütövlükdə 124 oyun keçirib, 43 qol və 21 məhsuldar ötürmə müəllifi olub.

Gürcü oyunçu daha öncə Azərbaycanda “Qəbələ”də (34 oyun, 10 qol, 1 məhsuldar ötürmə) və “Sabah”da (71 oyun, 19 qol, 7 assist) forma geyinib. O, ölkəsində “Saburtalo”, “Sioni”, “Çixura”, “Dinamo” (Tiflis), “Zemun” və “Qaqra”da oynayıb.

Volkov 2021-ci ildən formasını geyinməyə başladığı Gürcüstan yığmasında 7 oyun keçirib. O, bu görüşlərdə 2 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
7
9
arena.az

10Источники