AZ

Eddi Hau: “Ən yaxşı oyunumuzu “Qarabağ”a qarşı keçirmişik” – ARENA.AZ

“Nyukasl”ın baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan danışıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı cavab qarşılaşması sabah İngiltərədə baş tutacaq.

Eddi Hau cavab görüşündən əvvəl təşkil edilmiş mətbuat konfransında görüşə yaxşı hazırlaşdıqlarını bildirib:

“UEFA Çempionlar Liqasının matçına yaxşı hazırlaşmışıq. Cari mövsüm qitənin ən nüfuzlu klub turnirində yaxşı oyunlarımız çox olub. Səfərdə “Qarabağ”a qarşı yaxşı çıxış etdik. Lakin həmin görüşdə mənim üçün tək nəticə vacib deyildi. Oyun baxımından da yaxşı mübarizə apardıq. Həmin matçda çox istəkli idik və qarşılaşmanın əvvəlindən sonuna qədər üstünlük bizim tərəfimizdə oldu. Düşünürəm ki, bu mövsüm ən yüksək səviyyəli oyunumuzu məhz “Qarabağ”a qarşı keçirmişik”.

O, cavab qarşılaşmasında da qələbə qazanmaq istədiklərini söyləyib:

“Sabahkı matç üçün uyğun olan start heyətini seçəcəyik. Birinci məqsədimiz oyunu qazanmaqdır. Eyni zamanda, futbolçuların matç ritmini qoruması da vacibdir”.

Xatırladaq ki, bu komandalar arasındakı Bakıda keçirilmiş ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olmuşdular. Cavab oyunu isə fevralın 24-dən 25-nə keçən gecə (saat 00:00) Nyukasl şəhərində təşkil ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
0
5
arena.az

10Mənbələr