RU

Trampın iqamətgahına girmək istəyən şəxs güllələnib

Vaşinqton, 22 fevral, AZƏRTAC

ABŞ-ın Florida ştatının Palm Biç şəhərində ABŞ Prezidenti Donald Trampın Mar-a-Laqodakı iqamıtgahının təhlükəsiz sərhədlərinə daxil olan şəxs güllələnərək öldürülüb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Məxfi Xidməti məlumat yayıb. Hadisə zamanı Prezident və ailəsi Ağ Evdə olub.

Güllələnən şəxsin adı açıqlanmayıb. Gizli Xidmətin məlumatına görə, o, ov tüfəngi və yanacaq konteneri apararkən Mar-a-Laqo iqamətgahının şimal qapısında müşahidə edilib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
11
4
azertag.az

10Источники