AZ

Trampın iqamətgahına girmək istədi – Zərərsizləşdirildi

ABŞ Məxfi Xidməti silahlı şəxsin ABŞ Prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahına girməsinin qarşısını alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gizli Xidmətin rəhbəri Entoni Quqlielmi sosial şəbəkədəki səhifəsində məlumat verib.

“Bu səhər tezdən təhlükəsiz Mar-a-Laqo kompleksinə qanunsuz daxil olan silahlı şəxs ABŞ Gizli Xidmətinin agentləri və polisi tərəfindən zərərsizləşdirildi”, – o qeyd edib.

Təxminən 20 yaşlı kişinin yanında tapança və yanacaq kanistri olub. /KONKRET.az/

Seçilən
1
1
nocomment.az

10Mənbələr