AZ

Trampın iqamətgahına girmək istədi – Zərərsizləşdirildi

ABŞ Məxfi Xidməti silahlı şəxsin ABŞ Prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahına girməsinin qarşısını alıb.

KONKRET.az xəbər verir ki, bu barədə Gizli Xidmətin rəhbəri Entoni Quqlielmi sosial şəbəkədəki səhifəsində məlumat verib.

“Bu səhər tezdən təhlükəsiz Mar-a-Laqo kompleksinə qanunsuz daxil olan silahlı şəxs ABŞ Gizli Xidmətinin agentləri və polisi tərəfindən zərərsizləşdirildi”, – o qeyd edib.

Təxminən 20 yaşlı kişinin yanında tapança və yanacaq kanistri olub.

Seçilən
13
1
konkret.az

10Mənbələr