AZ

Trampın iqamətgahına daxil olmağa cəhd edən silahlı güllələndi

ABŞ-ın əsas federal istintaq və daxili təhlükəsizlik qurumu (FBI) bazar günü səhər tezdən 20 yaşlarında olan bir kişinin prezident Donald Trampın Floridanın Palm Biç şəhərində yerləşən Mar-a-Laqo iqamətgahına daxil olması hadisə ilə bağlı araşdırma aparır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Araşdırma çərçivəsində kişinin keçmişi, hərəkətləri və mümkün motivləri, eləcə də güc tətbiqinin əsaslı olub-olmaması yoxlanılır.

Bu araşdırmalara ABŞ-ın federal təhlükəsizlik qurumu (United States Secret Service) da qoşulub. Onların əsas vəzifələri prezident və digər yüksək vəzifəli şəxslərin mühafizəsi, eləcə də maliyyə cinayətlərinin araşdırılmasıdır.

Eyni zamanda Florida ştatının Palm Biç dairəsində fəaliyyət göstərən yerli hüquq-mühafizə orqanları da araşdırma qrupuna daxil ediliblər. Bu qurum ictimai asayişin qorunması, cinayətlərin araşdırılması və fövqəladə hallara reaksiya verilməsi ilə məşğuldur.

Seçilən
1
2
xezerxeber.az

10Mənbələr