RU

Ozan Can Kökçü “NAK Breda”ya qarşı 56 dəqiqə oynadı – ARENA.AZ

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 24-cü turunda “NAK Breda” ilə qarşılaşıb.

“Volendam” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Ozan bu görüşə start heyətdə başlayıb və 56-cı dəqiqədə əvəzlənib.

“Volendam” 24 turdan sonra 24 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. Ozan bu oyunların 23-də iştirak edib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 26 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
9
10
arena.az

10Источники