RU

ÇL: “İnter” “Bodo Qlimt”ə səfərdə uduzdu – ARENA.AZ

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ” doğma meydanda İngiltərə Premyer Liqasında mübarizə aparan “Nyukasl”la üz-üzə gəlib və ağır məğlubiyyətə üzülüb.

İtaliya nəhəngi “İnter” də səfərdə Norveç “Bodo Qlimt”ə məğlub olub. Madrid “Atletik”su Belçikada “Brügge” ilə “sülh” bağlayıbsa, “Bayer” Yunanıstanda “Olimpiakos”u 2 cavabsız qolla yenib.

Qeyd edək ki, ÇL-də pley-off mərhələsinin cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
18 fevral

Qarabağ (Azərbaycan) – Nyukasl (İngiltərə) 1:6
Qollar: Elvin Cəfərquliyev, 55 – Antoni Qordon, 3; 32-pen; 34; 45-pen. Malik Tiav, 9. Yakop Mörfi, 72.

Olimpiakos (Yunanıstan) – Bayer (Almaniya) 0:2
Qollar: P.Şik, 60; 63.

Bodo Qlimt (Norveç) – İnter (İtaliya) 3:1
Qollar: Fet, 20. Hauqe, 61; 64 – Espozito, 30.

Brügge (Belçika) – Atletiko (İspaniya) 3:3
Qollar: Onyedika, 52. Tresoidi, 60. Tsolis, 89 – X.Alvares, 8-pen. Lukman, 45+4. Ordones, 79-öz qapısına.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
14
7
arena.az

10Источники