AZ

A Seriyası: “Milan” “Komo” ilə ev oyununda xal itirdi – ARENA.AZ

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 24-cü turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyununda “Milan” doğma meydanda “Komo” ilə üz-üzə gəlib.

İki qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Bu nəticədən sonra “Milan” 54 xalla 2-ci pillədə qərarlaşıb. “Komo” isə 42 xalla 6-cıdır.

İtaliya, A Seriyası
24-cü turun oyunu
18 fevral

Milan – Komo 1:1
Qollar: Leao, 64 – N.Pas, 32.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
8
7
arena.az

10Mənbələr