AZ

Eddi Hau: “Qarabağ”la matçda dominant tərəf biz idik” – ARENA.AZ

“Nyukasl”ın baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, İngiltərə və Azərbaycan təmsilçiləri arasındakı ilk qarşılaşma bu gün Bakıda baş tutub və qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Eddi Hau matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün yaxşı çıxış etdik. Dominant tərəf biz idik. Qapıçımız buraxılan qola görə kədərləndi. Müəyyən boşluğa yer verdik. Bunun üzərində işləməliyik. Buraya gəldikdən öncə də demişdim ki, bizi çətin oyun gözləyir. Püşkatmada bəxtimizin gətirdiyini deməzdim. “Qarabağ”ın keyfiyyəti çox yüksəkdir. “Çelsi”yə qarşı burada yaxşı oyun sərgiləmişdilər. Bu səviyyədə çıxış davamlı etmək, əhval-ruhiyyəni yüksək saxlamaq lazımdır.

Bizim İngiltərə Premyer Liqasında “Mançester Siti”yə qarşı oyunumuz var. “Qarabağ”la cavab matçımız da çətin keçəcək.

İkinci hissədə “Qarabağ” təzyiqi artırdı. Müəyyən qədər bizdə də yorğunluq var idi. Antoni Qordonun bir matçda 4 qol vurması bizi sevindirdi”.

Xatırladaq ki, “Qarabağ”la “Nyukasl” arasındakı cavab qarşılaşması fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
5
7
arena.az

10Mənbələr