RU

ÇL: “Qarabağ” “Nyukasl”a ilk oyunda böyük hesabla uduzdu – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu 1/8 finala vəsiqə uğrunda İngiltərə təmsilçisi “Nyukasl”la üz-üzə gəlib.

Sözügedən komandalar arasındakı ilk oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Görüşü Norveçdən olan hakimlər briqadası idarə edib. Matçın baş hakimi Espen Eskos olub.

Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin cari mövsümündə uğurlu çıxışı ilə diqqət çəkirdi. Ağdam klubu ÇL-in Liqa mərhələsində 8 oyuna topladığı 10 xalla ən güclü 24 komanda arasında yer alaraq pley-offda iştirak hüququ qazanmışdı. “Nyukasl” isə ÇL-in Liqa mərhələsində 14 xalla 12-ci yeri tutmuşdu.

İngiltərə təmsilçiləri ilə oyunlarda adətən çətinliklə üzləşmiş “Qarabağ” “Nyukasl”la görüşdə uğursuz gedişata son qoymaq, ingilislər üzərində ilk qələbəsini qazanmaq arzusundaydı. 1/8 finala vəsiqə qazanmaq yolunda da təmsilçimizin ilk oyunu qalib başa vurması böyük önəm kəsb edirdi. Əks halda “Nyukasl” kimi güclü komandanı səfərdə mübarizədən kənarlaşdırmaq daha da müşkülə çevriləcəkdi. Lakin 7 qolun qeydə alındığı qarşılaşmada Azərbaycan çempionu böyük hesabla uduzaraq mərhələ adlamaq şanslarının üstündən böyük bir xətt çəkib.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunu
18 fevral

“Qarabağ” – “Nyukasl” 1:6
Qollar: Elvin Cəfərquliyev, 55 – Antoni Qordon, 3; 32-pen; 34; 45-pen. Malik Tiav, 9. Yakop Mörfi, 72.
Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad (Norveç).
VAR: Rob Diyperink (Niderland).
AVAR: Dennis Hiqler (Niderland).
Hakim-inspektor: Matteo Simone Trefoloni (İtaliya).
UEFA nümayəndəsi: İqnas Marçinkeviçyus (Litva).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 9. Xoni Montiel, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 3. Samuel Mmae, 11. Emmanuel Addai, 18. Dani Bolt, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

Nyukasl: 1. Nik Pope, 2. Kiran Trippyer, 3. Lyuis Holl, 8. Sandro Tonali, 10. Antoni Qordon, 11. Harvi Barnes, 12. Malik Tiav, 20. Antoni Elanqa, 27. Nik Voltemade, 28. Co Uillok, 33. Dan Börn.
Ehtiyat oyunçular: 26. Con Ruddi, 32. Aaron Ramsdeyl, 58. Aydan Harris, 7. Joelinton, 18. Uilyam Osula, 23. Yakop Mörfi, 37. Aleks Mörfi, 41. Yakop Remsi, 61. Leo Şahar, 62. Şon Niv.
Baş məşqçi: Eddi Hau.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
5
8
arena.az

10Источники