"Turan Tovuz" Misli premyer-liqasının 20-ci turunda səfərdə "Şamaxı" ilə heç-heçə etdi - 0:0.
"Football-plus.az" xəbər verir ki, "bozqurd"un baş məşqçisi Kurban Berdiyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
- Mənə elə gəlir ki, heç-heçə ədalətli nəticədi. Hər iki komanda qol epizodları yarada bilmirdi. Təəssüflər olsun ki, əvəzetmələr də uğurlu alınmadı.
- Qol epizodlarının olmamasının səbəbi nədi?
- "Şamaxı"nın müdafiəsi yaxşı oynadı. İstənilən halda daha çox qol epizodu yaratmalı idik. Məşqlərdə çalışdıqlarımızı edə bilmədik. Təhlillər aparacağıq.
- Yeni transfer Mark Rene Mampassi oynamağa hazırdı?
- Uzun müddətdi məşq etməyib. Ümid edirik ki, bizə fayda verəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта