“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə “Şamaxı” ilə 0:0 hesablı heç-heçə edib.
İdmanxeber.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Mənə elə gəlir ki, heç-heçə ədalətli nəticədir. Hər iki komanda qol epizodları yarada bilmirdi. Təəssüflər olsun ki, əvəzetmələr də uğurlu alınmadı.
– Qol epizodlarının olmamasının səbəbi nədir?
– “Şamaxı”nın müdafiəsi yaxşı oynadı. İstənilən halda daha çox qol epizodu yaratmalı idik. Məşqlərdə çalışdıqlarımızı edə bilmədik. Təhlillər aparacağıq.
– Yeni transferiniz Mark Rene Mampassi oynamağa hazırdır?
– Uzun müddətdir ki, məşq etməyib. Ümid edirik ki, bizə fayda verəcək.