AZ

“Heç-heçə ədalətli nəticədir“ - Kurban Berdıyev

style='margin-bottom:10px;'>

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 20-ci turunda səfərdə "Şamaxı" ilə 0:0 hesablı heç-heçə etdikləri oyun haqda danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında əvvəlcə oyun haqda ümumi fikirlərini bölüşüb: 

“Mənə elə gəlir ki, heç-heçə ədalətli nəticədir. Hər iki komanda qol epizodları yarada bilmirdi. Təəssüflər olsun ki, əvəzetmələr də uğurlu alınmadı”. 

O, qol epizodlarının olmamasının səbəbini belə açıqlayıb: “Şamaxı"nın müdafiəsi yaxşı oynadı. İstənilən halda daha çox qol epizodu yaratmalı idik. Məşqlərdə çalışdıqlarımızı edə bilmədik. Təhlillər aparacağıq”. 

K.Berdıyev yeni transferləri Mark Rene Mampassinin oynamağa hazır olub-olmadığını da açıqlayıb: “Uzun müddətdir ki, məşq etməyib. Ümid edirik ki, bizə fayda verəcək”.

Seçilən
64
1
teleqraf.com

6Mənbələr