RU

Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi

ABŞ Kubadan milli təhlükəsizliyə "təhdid" səbəbindən fövqəladə vəziyyət elan edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp fərman imzalayıb.

"Kubadakı vəziyyətin Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə bir təhdid təşkil etdiyini düşünürəm (...) və bununla əlaqədar olaraq milli fövqəladə vəziyyət elan edirəm", - deyə sənəddə bildirilib.

Trampın sözlərinə görə, Kuba rejimi Rusiya, Çin və İran da daxil olmaqla "çoxsaylı düşmən ölkələrlə", eləcə də "transmilli terrorçu qruplar və ABŞ-yə düşmən olan pis niyyətli subyektlərlə" əməkdaşlıq edir.

Избранный
78
50
unikal.az

10Источники