AZ

Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib

AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncamda belə deyilir.

“Hesab edirəm ki, Kubadakı vəziyyət ABŞ-nin milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhdiddir... Beləliklə, bu təhlükə ilə əlaqədar milli fövqəladə vəziyyət elan edirəm”,- yanvarın 29-da Ağ Evin dərc etdiyi sərəncamda bildirilir.

Financial Times: “Kubanın işləri pisdir”
Amerika liderinin iddiasına görə, Kuba rejimi Rusiya, Çin və İran da daxil olmaqla“çoxlu düşmən ölkələrlə” , həmçinin“transmilli terror qrupları və ABŞ-yə düşmən olan bədxah subyektlərlə” əməkdaşlıq edir.

“Bu sərəncamla ölkədə elan olunmuş fövqəladə vəziyyətlə bacarmaq üçün tarif sisteminin yaradılmasını zəruri və məqsədəuyğun hesab edirəm. Bu sistemə əsasən, Kubaya nefti birbaşa və ya dolayı yolla satan, habelə başqa yolla tədarük edən xarici ölkənin məhsulu olan malların idxalından əlavə advalor rüsum(malların idxalı və ya ixracı zamanı tutulan və onların dəyərinin faizi kimi hesablanan vergi – red.)tutula bilər”, -sərəncamda bildirilir.

Sənəd ABŞ Ticarət Departamentinə Kubanı neftlə təmin edə biləcək ölkələri müəyyənləşdirməyitapşırır. Sərəncamda həmçinin yüksək administrasiya rəsmilərinin bundan sonra hansı əlavə tarifin tətbiq olunacağını müəyyən edəcəyi bildirilir.

“Politico” nəşrinin məlumatına görə, Vaşinqtonda müzakirə olunan tədbirlərə Kubaya neft nəqlinin tam blokadaya alınması daxildir. “Kpler” analitik şirkətinin hesablamalarına görə, hazırkı istehlak səviyyəsində adanın neft ehtiyatları cəmi 15-20 günə bəs edəcək.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
75
6
azvision.az

10Mənbələr