AZ

ABŞ-da fövqəladə vəziyyət elan edildi: Bu ölkədən gözlənilən təhdidlə bağlı

Prezident Donald Tramp Kubadan qaynaqlanan təhlükələrlə bağlı ABŞ-da  fözvəqladə vəziyyət elan edib.

Ölkə.az xəbər verir ki, Tramp bununla bağlı fərman imzalayıb və sənəd Ağ Evin saytında dərc edilib.

Fərmanda Kuba hakimiyyətinin siyasətinin və hərəkətlərinin ABŞ-a zərər verməyə və ABŞ-ı məhv etməyə çalışan düşmən ölkələri və terrorçuları dəstəkləməyə yönəldiyi bildirilir. Fərmanda deyilir: "Bu fərmanla elan edilən milli fövqəladə vəziyyəti həll etmək üçün tarif sisteminin yaradılmasını zəruri və məqsədəuyğun hesab edirəm".

Bu sənəd ABŞ-a Kubaya neft tədarük edən ölkələrin mallarına əlavə advalor tarif tətbiq etməyə imkan verir . Sənəddə vurğulanır ki, cənab Tramp tarifləri yenidən nəzərdən keçirə və ya dəyişdirə bilər, bir şərtlə ki, Kuba və ya tariflərdən təsirlənən ölkələr öz siyasətlərini ABŞ-ın xarici siyasət maraqları və milli təhlükəsizlik məqsədləri ilə uyğunlaşdırsınlar.

Hazırda ABŞ-da 50-dən çox fövqəladə vəziyyət fərmanı qüvvədədir. Bu sənədlərin çoxu Kuba, İran, Rusiya, qanunsuz immiqrasiya və narkotik ticarəti ilə bağlıdır. 

 Mürtəza

Seçilən
47
2
olke.az

10Mənbələr