AZ

Ermənistanın Aİ ilə yaxınlaşması münasibətlərimizə təsir edəcək - Rusiya XİN

Ermənistanın Avropa İttifaqı ilə məcburi yaxınlaşması həm Rusiya ilə müttəfiqliyi, həm də postsovet məkanında inteqrasiya proseslərinin inkişafı üçün mənfi nəticələrə səbəb olacaq.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa Problemləri Departamentinin direktoru Vladislav Maslennikov TASS agentliyinə verdiyi müsahibədə bildirib.

İrəvanın Avropa Birliyinə qoşulmaq niyyətini şərh edərkən o, qeyd edib ki, Aİ-nin sürətlə aqressiv hərbi-siyasi bloka çevrilməsi və Rusiya ilə qarşıdurmaya yönəlmiş strateji kursu nəzərə alınmaqla, "Ermənistanın bu təşkilata üzv olmaq marağı narahatlıq doğurmaya bilməz".

Maslennikov vurğulayıb ki, "Ümid edirik ki, Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan Brüssellə məcburi yaxınlaşmanın həm müttəfiq münasibətlərimiz, həm də postsovet məkanında inteqrasiya proseslərinin inkişafı üçün potensial mənfi nəticələrini dərk edəcək".

Gülayə Mecid 

Seçilən
79
50
unikal.az

10Mənbələr