RU

Azərbaycanda kredit sığortası bazarı 8% böyüyüb

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda kredit sığortası üzrə 5,681 milyonmanat sığorta haqqı toplanılıb.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cüillə müqayisədə 422 min manat və ya 8% çoxdur.

Hesabat dövründə kredit sığortası üzrə ödənişlər isə 16 minmanat və yaxud 21% azalaraq 60 min manat təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sığorta şirkətlərininxətti ilə 1,505 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici2024-cü ilə nisbətən 151,5 milyon manat və ya 11,2% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərənsığorta şirkətləri tərəfindən 920,4 milyon manat sığorta ödənişiedilib ki, bu göstərici 2024-cü illə müqayisədə 167,7 milyon manatvə ya 22,3% artım deməkdir.

Məqalədə:
Избранный
29
4
az.trend.az

8Источники