AZ

Azərbaycanda könüllü sığorta bazarı 13%-ə yaxın böyüyüb

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda könüllü sığorta növlərinin hesabına1,139 milyard manat sığorta haqqı toplanılıb.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cüillə müqayisədə 127,6 milyon manat və ya 12,6% çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə160,8 milyon manat və yaxud 26,2% artaraq 773,8 milyon manataçatıb.

Beləliklə, ötən il könüllü sığorta bazarında toplanmış hər 100manat sığorta haqqının 67,9 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sığorta şirkətlərininxətti ilə 1,505 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici2024-cü ilə nisbətən 151,5 milyon manat və ya 11,2% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərənsığorta şirkətləri tərəfindən 920,4 milyon manat sığorta ödənişiedilib ki, bu göstərici 2024-cü illə müqayisədə 167,7 milyon manatvə ya 22,3% artım deməkdir.

Seçilən
64
4
az.trend.az

8Mənbələr