Bakı. Trend:
2025-ci ildə Azərbaycanda icbari sığorta növlərinin hesabına365,811 milyon manat sığorta haqqı toplanılıb.
TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cüillə müqayisədə 23,9 milyon manat və ya 7% çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər isə 6,9milyon manat və yaxud 4,9% artaraq 146,6 milyon manata çatıb.
Beləliklə, ötən il icbari sığorta bazarında toplanmış hər 100manat sığorta haqqının 40,1 manatı müştərilərə geri ödənilib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sığorta şirkətlərininxətti ilə 1,505 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici2024-cü ilə nisbətən 151,5 milyon manat və ya 11,2% çoxdur.
Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərənsığorta şirkətləri tərəfindən 920,4 milyon manat sığorta ödənişiedilib ki, bu göstərici 2024-cü illə müqayisədə 167,7 milyon manatvə ya 22,3% artım deməkdir.