AZ

Azərbaycanda həyat sığortası bazarı 16%-dən çox böyüyüb

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda həyat sığortası növlərinin hesabına853,010 milyon manat sığorta haqqı toplanılıb.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cüillə müqayisədə 119 milyon manat və ya 16,2% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə159,7 milyon manat və yaxud 33% artaraq 642,932 milyon manataçatıb.

Beləliklə, ötən il həyat sığortası bazarında toplanmış hər 100manat sığorta haqqının 75,4 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sığorta şirkətlərininxətti ilə 1,505 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici2024-cü ilə nisbətən 151,5 milyon manat və ya 11,2% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərənsığorta şirkətləri tərəfindən 920,4 milyon manat sığorta ödənişiedilib ki, bu göstərici 2024-cü illə müqayisədə 167,7 milyon manatvə ya 22,3% artım deməkdir.

Seçilən
44
5
az.trend.az

7Mənbələr