RU

Fəhlə daşıyan mikroavtobus AŞDI: Ölən və yaralananlar var

Samuxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Qazel" markalı mikroavtobus aşıb. Qəza zamanı bir nəfər hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Əraziyə polis əməkdaşları cəlb ediliblər. Məlumata görə, aşan "Qazel" markalı mikroavtobus fəhlələri işə aparırmış.

Ölən və xəsarət alanların kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Избранный
77
19
7news.az

10Источники